5 dekabr 2025. Cümə

Nant Qarabağ'la oyundakı hadisələrə görə cəzalandı


  • Avroliqa
  • 23:52 15.11.2022
  • Oxunma sayı: 180
Nant Qarabağ'la oyundakı hadisələrə görə cəzalandı
UEFA Fransanın “Nant” klubunu cəzalandırıb. Corner.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
Buna səbəb Liqa 1 klubunun azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la ev oyunundakı (2:1) hərəkətləri olub.
 
Klub “Bojuar” stadionunda ictimai keçid yolları bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib. Üstəlik, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.
 
Təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də "Nant"a xəbərdarlıq edilib.






Avroliqa