22 oktyabr 2024. Çərşənbə axşamı

Sabah bütün "yunan xalqı" bizi dəstəkləyəcək - Sokratis


  • Avroliqa
  • 19:39 28.05.2019
  • Oxunma sayı: 445
Sabah bütün "yunan xalqı" bizi dəstəkləyəcək - Sokratis

"Arsenal"ın futbolçusu Sokratis Papastatopulos Avropa Liqasının finalında sabah Bakıda "Çelsi" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Düşünürsüz ki, bütün Yunanıstan sabah sizi dəstəkləyəcək?

- Bəli. Hesab edirəm ki, sabah bütün yunan xalqı “Arsenal”ı və bizi dəstəkləyəcək.

- Sabah Loran Koselni “Arsenal”da sonuncu matçına çıxa bilər. Hesab edirsiniz ki, kuboku məhz o qaldırmalıdır?

- Bizim əsas hədəfimiz sabah kuboku qazanmaqdır. Ondan sonra digər məsələlər barədə düşünmək olar.

- Mxitaryanın sabah meydanda olmaması sizin üçün nə deməkdir?

- Mxitaryanla 5-6 il birlikdə oynamışam. Onunla yaxşı dostuq. Düşünürəm ki, sabah onun və zədəli oyunçular üçün qələbə qazanmalıyıq.

- Sabah dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri Eden Hazardla üz-üzə gələcəksiniz. Buna necə hazırlaşmısınız?

- Bir adama qarşı deyil, əla komandaya qarşı oynayacağıq. Əsas məsələ komanda halında qələbə qazanmaqdır.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi