22 oktyabr 2024. Çərşənbə axşamı

Kante finalda olmayacaq


  • Avroliqa
  • 17:18 29.05.2019
  • Oxunma sayı: 523
Kante finalda olmayacaq
“Çelsi”nin zədəli futbolçusu Nqolo Kantenin bu gün Avropa Liqasının Bakı Olimpiya Stadionunda “Arsenal”la keçiriləcək final oyununda meydana çıxıb-çıxmayacağı dəqiqləşib.

Corner.az “goal.com”a istinadən xəbər verir ki, fransalı futbolçu həlledici qarşılaşmada forma geyinə bilməyəcək. “Zadəganlar”ın baş məşqçisi Mauritsio Sarrinin 28 yaşlı oyunçunun adını matçın sifariş ərizəsinə salmayacağı gözlənilir. Hətta Kante 23-lükdə olsa belə, italiyalı mütəxəssisin onu meydana buraxmayacağı bildirilir.Sarri dünənki mətbuat konfransında Kantenin oynamaq şansının 50/50-yə olduğunu bildirmişdi.

Qeyd edək ki, final matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi