22 oktyabr 2024. Çərşənbə axşamı

Ramil Şeydayev: Mxitaryanın hərəkəti normal deyil


  • Avroliqa
  • 18:42 29.05.2019
  • Oxunma sayı: 497
Ramil Şeydayev: Mxitaryanın hərəkəti normal deyil

"Hesab edirəm ki, bu normal hal deyil. İdmanla siyasəti qarışdırmaq düzgün deyil. Hər tərəfli təhlükəsizlik zəmanəti aldığın halda Bakıya getməmək məsələni siyasiləşdirməkdir".

Corner.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ramil Şeydayev Rusiyanın Sport.ru saytına müsahibəsində deyib.

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının "Çelsi" ilə keçiriləcək finalı üçün Bakıya gəlməməsinə münasibət bildirən "Krılya Sovetov"un hücumçusu Bakının dinc şəhər olduğunu və futbolçunun qərarını anlamadığını qeyd edib: "Mən xatırlamıram ki, Bakıda kiməsə toxunsunlar. Yəqin ki, hansısa təxribatçılar ona nəsə deyib. 

Bakıda keçirilən boks üzrə dünya çempionatında erməni idmançılar iştirak edib. Mən bir il Bakıda yaşamışam. Heç vaxt orada xoşagəlməz halla üzləşmədim. Bakı çox dinc və sülhsevər şəhərdir. Əgər sənə hər şeyin yaxşı olacağı deyildiyi halda səfərdən imtina edirsənsə, bu ümumiyyətlə səhv addımdır. Bəlkə də, onun Azərbaycana getməməyinin səbəbi Dağlıq Qarabağa səfəri ilə bağlıdır. Amma ermənilər Azərbaycanda yaşayırlar. Buna əminəm". 







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi