24 noyabr 2024. Bazar günü

Avroliqanın ən yaxşı bombardiri - 11 qol


  • Avroliqa
  • 11:05 30.05.2019
  • Oxunma sayı: 468
Avroliqanın ən yaxşı bombardiri - 11 qol

Avropa Liqasında 2018/2019 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Corner.az-ın məlumatına görə, bu "Çelsi"nin futbolçusu Olivye Jirudur (11 qol). 32 yaşlı hücumçu finalda "Arsenal"la matçda 1 dəfə fərqlənərəq "Ayntraxt"ın oyunçusu Luka Yoviçi 1 qol fərqi ilə geridə qoyub və ən yaxşı bombardir olub. L.Yoviç isə bombardirlər siyahısında ikinci pillə ilə kifayətlənib.

Pyer-Emerik Obameyanq ("Arsenal"), Vissam Ben-Yeder ("Sevilya") və Munas Dabbur ("Zalsburq") isə hərəyə 8 qolla növbəti pillələri bölüşdürüb.







Avroliqa