- Avroliqa
- 21:00 11.11.2024
"Arsenal" və "Çelsi"nin təkcə Londondakı deyil, Bakıya səyahət edən digər ölkələrdəki azarkeşləri olan xarici turistlərin sayından məmnun qaldıq. Boş oturacaqların əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən qaynaqlanır. Bu biletlər satılmadığı üçün məyus olmadıq. Hesab edirəm ki, onlar bileti saxlamağa qərar verdilər. Bəlkə də, UEFA-ya qaytarmaq istəmədilər".
Corner.az İngiltərənin "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Avroliqanın Bakıdakı finalı haqda danışarkən deyib.
O, stadiona gələn 30 min xarici və 22 min yerli azarkeşin yaratdığı mühit haqda da danışıb: "Şəhərdə əsl bayram idi. Bir növ London küçələrinə bənzəyirdi. "Arsenal" və "Çelsi" azarkeşləri tərəfindən yaxşı izdiham yaranmışdı. Stadionun ətrafında matçdan əvvəl əyləncə üçün gözəl proqram var idi, açılış mərasimi də gözəl idi. Bundan da yaxşısının edilə biləcəyini söyləyə bilmərəm".
E.Məmmədov bildirib ki, Aropa Liqasının final oyunu gələn il ölkəmizdə 4 oyunu keçiriləcək Avropa çempionatı üçün yaxşı test olub: "Final zamanı nəqliyyatı və bütün təşkilatçılığı sınadıq və bunu təhlil edəcəyik. Ancaq mənfi yöndə heç bir xəbər eşitmədik. Avropa çempionatı milli səviyyəsində böyük hadisədir. Avropa Liqasının finalı isə Bakının nələr edə biləcəyinin yaxşı göstəricisi idi".