5 dekabr 2025. Cümə

Avroliqa: MY Barselona üzərində qələbəni əldən verdi


  • Avroliqa
  • 10:48 17.02.2023
  • Oxunma sayı: 178
Avroliqa: MY Barselona üzərində qələbəni əldən verdi

 Avropa Liqasında pley-off mərhələsinə start verilib. Corner.az xəbər verir ki, raundun bütün oyunları eyni gündə keçirilib.

Ən maraqlı qarşılaşma İspaniyada baş tutub. “Barselona” doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Turnirin favoritləri sırasında göstərilən İtaliya “Yuventus”u isə Fransanın “Nant” komandası ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

Fransanın "Monako" klubu səfərdə Almaniya "Bayer"indən güclü olubsa, İspaniya "Sevilya"sı doğma meydanda Niderland PSV-sinə darmadağınla qalib gəlib.

Bu raundun cavab görüşləri fevralın 23-də olacaq.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 fevral

“Ayaks” (Niderland) – “Union Berlin” (Almaniya) 0:0

“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 2:2

Qol: M.Alonso, 50. Rafinya, 76 – Raşford, 52. Kunde, 59-öz qapısına.

“Zalsburq” (Avstriya) – “Roma” (İtaliya) 1:0
Qol: Kapaldo, 88.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Renn” (Fransa) 2:1
Qol: Kriskiv, 11. Bondarenko, 45+1 – Ekambi, 59.

“Bayer” (Almaniya) – “Monako” (Fransa) 2:3
Qol: Diabi, 48. Virts, 59 – Hradeçki, 9-öz qapısına. Diatta, 74. Disasi, 90+2.

“Yuventus” (İtaliya) – “Nant” (Fransa) 1:1
Qol: Vlahoviç, 13 – Blas, 60.

“Sevilya” (İspaniya) – PSV (Niderland) 3:0
Qol: En Nesiri, 45+2. Okampos, 50. Qudel, 55.

“Sportinq” (Portuqaliya) – “Midtyulland” (Danimarka) 1:1
Qol: Koates, 90+4 - Aşur, 77.







Avroliqa