14 dekabr 2025. Bazar günü

Barselona'nı 1/8 finala buraxmadılar


  • Avroliqa
  • 09:45 24.02.2023
  • Oxunma sayı: 141
Barselona'nı 1/8 finala buraxmadılar

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, baş tutan qarşılaşmaların ardından 1/8 finala yüksələn 8 klubun adına aydınlıq gəlib.

Ən maraqlı görüş İngiltərədəki “Old Trafford” stadionunda baş tutub. Burada “Mançester Yunayted” “Barselona” ilə üz-üzə gəlib. İspaniyada keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi. Cavab görüşündə isə meydan sahibləri inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Turnirin digər favoritlərindən “Roma” öz meydanında “Zalsburq”la, “Yuventus” isə səfərdə “Nant”la qarşılaşıb.İtaliya təmsilçiləri ilk oyunda sərfəli nəticəilə ayrıla bilməmişdi. Amma bu iki komanda cavab matçında sürprizə imkan verməyərək növbəti mərhələyə vəsiqə qazanıblar.

"Monako" "Bayer"lə mübarizədən penaltilər seriyasında məğlub ayrılıb və mübarizəni dayandırıb. "Sevilya" səfərdə PSV-yə 2 cavabsız qolla uduzsa da, ilk oyundakı darmadağınla qalib gəldiyi üçün mərhələ adlayıb. "Union Berlin" də "Ayaks" üzərindəki inamlı qələbə sayəsində istəyinə çatıb. "Sportinq"lə Donetsk" "Şaxtyor"u da yoluna davam edir.

Avropa Liqası
Pley-offun cavab oyunları
23 fevral

Midtyulland (Danimarka) - Sportinq (Portuqaliya) 0:4
Qol: Koates, 21. P.Qonsalves, 50; 77. Qartenman, 85-öz qapısına.
İlk oyun - 1:1

Monako (Fransa) - Bayer (Almaniya) 2:3 (penaltilər 3:5)
Qol: Ben Yedder, 19. Embolo, 84 – Virts, 13. Palasios, 21. Adli, 58.
İlk oyun - 3:2

Nant (Fransa) - Yuventus (İtaliya) 0:3
Qol: Di Mariya, 5; 20-pen; 78.
İlk oyun - 1:1

PSV (Niderland) - Sevilya (İspaniya) 2:0
Qol: L.De Yonq, 77. F.Silva, 905.
İlk oyun - 0:3

Roma (İtaliya) - Zalsburq (Avstriya) 2:0
Qol: Belotti, 33. Dibala, 40.
İlk oyun - 0:1

Mançester Yunayted (İngiltərə) - Barselona (İspaniya) 2:1
Qol: Fred, 47. Antoni, 73 – Levandovski, 18-pen.
İlk oyun - 2:2

Renn (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna) 2:1 (penaltilər 4:5)
Qol: Ekambi, 52. Salah, 106 - Belosyan, 119-öz qapısına.
İlk oyun - 1:2

Union Berlin (Almaniya) - Ayaks (Niderland) 3:1
Qol: Knoxe, 20. Yuranoviç, 44. Doexi, 50 – Kudus, 47.
İlk oyun - 0:0







Avroliqa