14 dekabr 2025. Bazar günü

UEFA PSV - Sevilya oyunu ilə bağlı intizam işi açıb


  • Avroliqa
  • 09:39 25.02.2023
  • Oxunma sayı: 132
UEFA PSV - Sevilya oyunu ilə bağlı intizam işi açıb

UEFA Niderlandda PSV və İspaniya "Sevilya"sı arasında keçirilmiş Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundakı insidenti araşdırır.

Corner.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Eyndhoven təmsilçisinin azarkeşlərindən birinin meydana daxil olaraq qonaq komandanın qapıçısı Marko Dmitroviçə hücum çəkməsi ilə bağlı intizam işi açılıb.

Hadisə görüşün sonlarına yaxın baş verib. Aqressiv fanat qolkiperi vurmaq istəsə də, buna nail ola bilməyib. Çünki serbiyalı oyunçu onu yerə yıxaraq zərərsizləşdirib.

Qeyd edək ki, oyun PSV-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri İspaniyadakı ilk matçda 0:3 hesabı ilə uduzduqlarından, avrokuboklarda mübarizəni dayandırıblar.







Avroliqa