- Avroliqa
- 21:00 11.11.2024
“Matçdan öncə uşaqlarla danışdıq ki, ilk dəqiqələrdən aqressiv oynamalı, erkən qol vurmağa çalışmalıyıq. Buna müvəffəq olduq. İlk hissədə çox yaxşı oynadıq, bütün tapşırıqlar yerinə yetirildi. Futbolçularımız oyuna çox ciddi yanaşdılar, ilk dəqiqələrdən yaxşı əhval-ruhiyyədə olduqları görünürdü. Komanda paltardəyişmə otağından enerjili çıxdı. Topa nəzarət etdik, çoxlu qol epizodları yaratdıq. Daha çox qol vura bilərdik”.
Corner.az-ın məlumatına görə, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Premyer Liqanın 12-ci turunda səfərdə “Lvov” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. Qələbəni şərh edən mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la keçirəcəkləri ev oyununa da toxunub:
Qeyd edək ki, noyabrın 8-də Poltavada keçiriləcək “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən matçda Ağdam klubu rəqibinə minimal hesabla uduzmuşdu. (qol.az)