- Avroliqa
- 01:59 29.11.2024
Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, oyunların hamısı eyni gündə baş tutub.
İngiltərə "Arsenal"ı Portuqaliyada "Sportinq"in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
“Mançester Yunayted" isə evdə İspaniya "Betis"ini sınağa çəkib. “Qırmızı şeytanlar” ilk oyunda darmadağınla qalib gəlib.
"Roma" İtaliyada İspaniya "Real Sosyedad"ı, "Yuventus" isə Almaniya "Frayburq"u ilə qarşılaşıb. Hər iki oyunda İtaliya təmsilçiləri qələbəyə sevinib.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbaxça" isə İspaniyada "Sevilya" ilə münasibətlərinə aydınlıq gətirib. İstanbul təmsilçisi səfərdən məğlubiyyətlə qayıdıb.
1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.
Avropa Liqası
1/8 finalın ilk oyunları
9 mart
Union Berlin (Almaniya) - Yunion (Belçika) 3:3
Qol: Yuranoviç, 42. Knoxe, 69. Miçel, 89 – Bonifase, 28; 72. Vertessen, 58.
Bayer (Almaniya) - Ferentsvaroş (Macarıstan) 2:0
Qol: K.Demirbay, 10. Tapsoba, 86.
Sportinq (Portuqaliya) - Arsenal (İngiltərə) 2:2
Qol: İnasio, 34. Paulinyo, 55 – Saliba, 22. Morita, 62-öz qapısına.
Roma (İtaliya) - Real Sosyedad (İspaniya) 2:0
Qol: El Şaaravi, 13. Kumbulla, 87.
Sevilya (İspaniya) - Fənərbaxça (Türkiyə) 2:0
Qol: Cordan, 56. Lamela, 85.
Yuventus (İtaliya) - Frayburq (Almaniya) 1:0
Qol: Di Mariya, 53.
Mançester Yunayted (İngiltərə) - Betis (İspaniya) 4:1
Qol: Raşford, 6. Antoni, 52. B.Fernandes, 58. Veqhorst, 84 – A.Peres, 32.
Şaxtyor (Donetsk, Ukrayna) - Feyenoord (Niderland) 1:1
Qol: Rakitski, 79 – Bullaude, 88.