24 noyabr 2024. Bazar günü

"Avroliqa finalının təcrübəsi Avro-2020-də Bakıya çox kömək edəcək" - Trezege


  • Avroliqa
  • 12:49 14.06.2019
  • Oxunma sayı: 476
"Avroliqa finalının təcrübəsi Avro-2020-də Bakıya çox kömək edəcək" - Trezege
"Avro-2020-nin final mərhələsində bizi maraqlı təcrübə gözləyir. Çünki 12 ev sahibindən bəziləri hələ yüksək səviyyədə futbolla tanış olmayan ölkələrdir. Onların bu böyük yarışın bir hissəsi olmaq imkanı qazanması çox yaxşıdır".

Corner.az xəbər verir ki, bu sözləri Fransa millisinin sabiq futbolçusu David Trezege deyib. Veteran hücumçu "sport-express" nəşrinə geniş müsahibəsində Avro-2020-nin final mərhələsinin keçiriləcəyi ölkələr haqda danışıb. O, turnirin 4 oyunun Bakıya salınmasına da münasibət bildirib:

"Düzdür, Avroliqanın finalı ilə bağlı bir çox tənqidlər oldu. Amma məncə, bunun böyük hissəsi təşkilati məsələlərlə bağlı idi. Çünki stadion özü çox gözəl və genişdir. Bu, Bakının ilk belə təcrübəsi idi. İlklər nadir hallarda ideal olur. Əlbəttə, Azərbaycan Avropa hissəsindən bir az kənarda yerləşir. Ancaq bu təcrübə Bakıya Avro-2020-də çox kömək edəcək".

Qeyd edək ki, Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.(qol)





Avroliqa