22 oktyabr 2024. Çərşənbə axşamı

Avroliqada 1/8 finala yekun vuruldu


  • Avroliqa
  • 11:43 17.03.2023
  • Oxunma sayı: 96
Avroliqada 1/8 finala yekun vuruldu

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, baş tutan matçlardan sonra 1/4 finalda yoluna davam edəcək 8 komanda müəyyənləşib.

Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” doğma meydanda səfərdə iki cavabsız qolla məğlub olduğu “Sevilya”dan bunun revanşını almağa çalışıb. Amma İstanbul təmsilçisi qalib gəlsə də, bu, mərhələ adlamaq üçün yetərli olmayıb.

Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçiləri “Mançester Yunayted” səfərdə "Betis"in qonağı olubsa, “Arsenal” isə evdə "Sportinq"i qəbul edib. “Qırmızı şeytanlar” mərhələ adladığı halda, “topçular” penaltilərlə uduzaraq mübarizəni dayandırıblar.

İtaliya klubları “Yuventus” və “Roma” səfərdə inamlı qələbə qazanaraq mərhələ adlayıblar.

Almaniyanın “Bayer” klubu doğma meydanda 2 cavabsız qolla yendiyi Macarıstan “Ferentsvaroş”una səfərdə də eyni hesabla qalib gəlib. Almaniyanın digər təmsilçisi “Union Berlin” isə Belçika “Yunion”una səfərdə 2 cavabsız qolla uduzaraq yarışla vidalaşıb.

“Feyenord” (Niderland) da Donetsk “Şaxtyor”unu darmadağın etməklə mərhələ sevinci yaşayıb.

Avropa Liqası
1/8 finalın cavab oyunları
16 mart

“Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) 0:1
Qol: Raşford, 56.
İlk oyun - 1:4

“Fənərbaxça” (Türkiyə) - “Sevilya” (İspaniya) 1:0
Qol: Valensiya, 41-pen.
İlk oyun - 0:2

“Feyenord” (Niderland) - “Şaxtyor” (Donetsk, Ukrayna) 7:1
Qol: Ximenes, 9. O.Kökcü, 24; 38-pen. İdrissi, 49; 60. Cahanbaxş, 64. Danilo, 67 – Kelsi, 87. 
İlk oyun - 1:1

“Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) 0:2
Qol: Vlahoviç, 45-pen. Kyeza, 90+5.
İlk oyun - 0:1

“Arsenal” (İngiltərə) - “Sportinq” (Portuqaliya) 1:1 (penaltilər 3:5)
Qol: Caka, 19 - P.Qonsalves, 62.
İlk oyun - 2:2

“Ferentsvaroş” (Macarıstan) - “Bayer” (Almaniya) 0:2
Qol: Diabi, 3. Adli, 81.
İlk oyun - 0:2

“Real Sosyedad” (İspaniya) - “Roma” (İtaliya) 0:0
İlk oyun - 0:2

“Yunion” (Belçika) - “Union Berlin” (Almaniya) 2:0
Qol: Teuma, 18. Amani, 63.
İlk oyun – 3:3







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi