Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub. Corner.az xəbər verir ki, bu ada “Sportinq”in (Portuqaliya) qapıçısı Antonio Adan layiq görülüb.
35 yaşlı portuqaliyalı qolkiper London “Arsenal”ına (Almaniya) qarşı keçirdikləri oyunda (1:1, penaltilər 5:3) 7 seyvlə diqqət mərkəzinə düşüb.
Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Kazemiro (“Mançester Yunayted”, İngiltərə) və Lazare Amani (“Yunion”, Belçika) də namizəd idi.