“Nant”ın yarımmüdafiəçisi Andrey Jirotto cari mövsüm Avropa Liqasındakı çıxışlarını dəyərləndirib. Corner.az xəbər verir ki, braziliyalı futbolçu qrupun 5-ci turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyunda 90+5-ci dəqiqədə vurulan qolu əziyyətlərinin bəhrəsi olduğunu bildirib.
“Futbolda iddialı olmalı, mümkün qədər yüksəklərə qalxmağı düşünməlisən. Biz avrokuboklarda bunu bacardıq. Ən azı pley-offlara qədər irəliləməyi hədəfləyirdik. Bu baxımdan “Qarabağ”la evdə keçirdiyimiz oyun çox vacib idi. Həmin görüşdə xarakter göstərdik və sona qədər qələbə qolu axtarışında olduq. Bu əziyyətimiz də qolla mükafatlandırıldı. Birlikdə çox güclü bir şey yaşadıq”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda baş tutan görüşdə “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Qrupda 2-ci yeri tutan “Nant” pley-offda “Yuventus”a uduzub.