- Avroliqa
- 01:59 29.11.2024
Türkiyənin "Fənərbaxça" klubu yeddi azarkeşinin qeyri-müəyyən müddətə stadionlara girişinə qadağa qoyub.
Corner.az xəbər verir ki, buna fanatların İstanbulda İspaniya "Sevilya"sına qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda meydana əşyalar atması səbəb olub.
Qeyd edək ki, qarşılaşma "Fənərbağça"nın 1:0 hesablı qələbəsi ilə bitib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan komanda mübarizəni dayandırıb.