24 noyabr 2024. Bazar günü

"Neftçi" və "Səbail"in Avropa Liqasındakı rəqibləri azaldı


  • Avroliqa
  • 22:45 17.06.2019
  • Oxunma sayı: 507
"Neftçi" və "Səbail"in Avropa Liqasındakı rəqibləri azaldı

Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Corner.az ın məlumatına görə, bu, püşkatmaya bir gün qalmış baş verib.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.

Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

İyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Oyunlar isə iyulun 11-də və 18-də keçiriləcək.







Avroliqa