İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford sıradan çıxıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, 26 yaşlı hücumçunun əzələsində problem yarandığı vurğulanıb. Bu üzdən də ingilis oyunçunun qarşıdakı bir neçə matçı buraxacağı gözlənilir. O, Avropa Liqasının 1/4 final mərhələsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəkləri ilk oyunu da buraxacaq.
Xatırladaq ki, Reşford Premyer Liqanın 30-cu turunda "Everton"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 47 görüşə çıxıb və 28 qol vurub.