5 dekabr 2025. Cümə

MY qələbəni əldən verdi, Yuventus qalib gəldi


  • Avroliqa
  • 12:20 14.04.2023
  • Oxunma sayı: 151
MY qələbəni əldən verdi, Yuventus qalib gəldi

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Əvvəlcə “Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olub. Bu oyunda niderlandlılar minimal hesabla qalib gəlib.

“Mançester Yunayted” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu oyunda qələbəni son dəqiqələrdə buraxdıqları 2 qolla əldən veriblər. “Yuventus” isə “Sportinq”lə ev oyununda çətin qələbə qazanıb. “Bayer” də Belçika “Yunion”u ilə qarşılaşıb. Tərəflər ilk oyundan heç-heçə ilə ayrılıblar.

Avropa Liqası
1/4 finalın ilk oyunları
13 aprel

Feyenoord (Niderland) – Roma (İtaliya) 1:0
Qol: Viffer, 53.

Bayer (Almaniya) – Yunion (Belçika) 1:1
Qol: Virts, 83 - Bonifeys, 51.

Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Qatti, 73.

Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) 2:2
Qol: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.







Avroliqa