21 mart 2026. Şənbə

Mançester Yunayted'in futbolçusu həftənin ən yaxşısı seçildi


  • Avroliqa
  • 10:32 15.04.2023
  • Oxunma sayı: 125
Mançester Yunayted'in futbolçusu həftənin ən yaxşısı seçildi
Avropa Liqasında həftənin futbolçusu bəlli olub. Corner.az xəbər verir ki, 1/4 finalın ilk oyunları çərçivəsində keçirilən matçların ardından İngiltərənin “Mançester Yunayted” klubunun Avstriyadan olan yarımmüdafiəçisi Marsel Zabitser həftənin ən yaxşısı seçilib.
 
29 yaşlı futbolçu İspaniyanın “Sevilya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda iki qola imza atıb.
 
Həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Federiko Qatti (“Yuventus”, İtaliya) və Viktor Bonifase (“Yunion”, Belçika) də namizəd idilər.






Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"