24 noyabr 2024. Bazar günü

Neftçi'nin kapitanı püşkü dəyərləndirdi


  • Avroliqa
  • 21:07 18.06.2019
  • Oxunma sayı: 523
Neftçi'nin kapitanı püşkü dəyərləndirdi

Neftçi'nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirib. 

Corner.az xəbər verir ki, təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.







Avroliqa