22 oktyabr 2024. Çərşənbə axşamı

Avroliqa: MY dayandı, Yuventus'la Roma yarımfinalda


  • Avroliqa
  • 02:11 21.04.2023
  • Oxunma sayı: 80
Avroliqa: MY dayandı, Yuventus'la Roma yarımfinalda

Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə baş tutub.

“Roma” səfərdə minimal hesabla məğlub olduğu “Feyenoord”la doğma meydanda qarşılaşıb. Əlavə vaxta qədər davam edən oyunda inamlı qələbəyə sevinən “canavarlar” yarımfinala yüksəlib.

“Yuventus” doğma meydanda məğlub etdiyi “Sportinq”lə Lissabonda üz-üzə gəlib. "Sülh"lə bitən matçda “Yuventus” növbəti mərhələyə adlayıb.

“Mançester Yunayted” isə ilk oyunda heç-heçəyə razılaşdığı “Sevilya”nın qonağı olub. Bu oyunda darmadağına üzülən “qırmızı şeytanlar” mübarizəni dayandırıblar. “Bayer” isə  ilk oyunda heç-heçə etdiyi “Yunion”la səfərdə qarşılaşıb. Bundesliqa klubu darmadağınla qalib gələrək yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda “Yuventus” “Sevilya”nın, “Roma” isə “Bayer”in rəqibi olub.

Avropa Liqası
1/4 finalın cavab oyunları
20 aprel

Roma (İtaliya) - Feyenoord (Niderland) 4:1
Qol: Spinatsola, 60. Dibala, 89. El Şaaravi, 101. Pelleqrini, 109 – Payşao, 80.
İlk oyun – 0:1.

Yunion (Belçika) - Bayer (Almaniya) 1:4
Qol: Terho, 65 – Diabi, 2. Bakker, 38. Frimponq, 61. Hlojek, 79.
İlk oyun – 1:1.

Sportinq (Portuqaliya) - Yuventus (İtaliya) 1:1
Qol: Edvards, 20 – Rabyo, 9.
İlk oyun – 0:1.

Sevilya (İspaniya) - Mançester Yunayted (İngiltərə) 3:0
Qol: En Nesiri, 8; 81. Bade, 47.
İlk oyun – 2:2.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi