22 oktyabr 2024. Çərşənbə axşamı

"Çətin rəqib olsa da, pozitiv düşünürük" - Aftandil Hacıyev


  • Avroliqa
  • 12:22 19.06.2019
  • Oxunma sayı: 470
"Çətin rəqib olsa da, pozitiv düşünürük" - Aftandil Hacıyev

Səbail'in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, o,  Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə düşmələri ilə bağlı deyib:

“Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi