22 oktyabr 2024. Çərşənbə axşamı

Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi


  • Avroliqa
  • 18:09 19.06.2019
  • Oxunma sayı: 450
Klublarımızın 2-ci mərhələdəki potensial rəqibləri bilindi

Bu gün “Qəbələ”nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk rəqibi  müəyyənləşib.

Corner.az-ın məlumatına görə, Azərbaycan kubokunun qalibi kimi UEFA Avropa Liqasına qatılacaq “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində ilkin mərhələdən gələn komanda və "Dinamo" (Tbilisi) cütünün qalibi ilə qarşılaşacaq. 

"Neftçi" ilk mərhələdə "Sperantsa"nı (Moldova)  keçsə, 2-ci raundda Rusiya "Arsenal"ı ilə qarşılaşacaq.

"Səbail" isə  ilk mərhələdə Rumıniyanın "Universitatya Krayova" klubunu keçə bilsə, 2-ci mərhələdə "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi


"Qəbələ" (Azərbaycan) -"Dinamo" (Tbilisi, Gürcüstan) / “La Fiorita” (San-Marino)/“Enqordani” (Andorra) cütünün qalibi

"Arsenal" (Rusiya) -  "Neftçi" (Azərbaycan) / "Sperantsa" (Moldova)
 

"Honved" (Macarıstan) - “Jalgiris” (Litva) / “Səbail” (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)

Qeyd edək ki, 2-ci raundun ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi