22 oktyabr 2024. Çərşənbə axşamı

Püşkdə bəxtimiz gətirmədi - Rahid Əmirquliyev


  • Avroliqa
  • 12:19 20.06.2019
  • Oxunma sayı: 488
Püşkdə bəxtimiz gətirmədi - Rahid Əmirquliyev
Səbail'in kapitanı Rahid Əmirquliyev qol.az-a müsahibə verib. Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri "Universitatya" klubunu dəyərləndirən təcrübəli yarımmüdafiəçi püşkdə bəxtlərinin gətirmədiyini bildirib.

- Avroliqanın 1-ci təsnifat mərhələsində Rumıniya təmsilçisi "Universitatya" ilə qarşılaşacaqsınız. Kapitan kimi püşkü necə dəyərləndirərdin?

- Bizə çox çətin rəqib düşdü. "Universitatya" yaxşı komandadır. Səbətdə olan rəqiblərin ən yaxşılarından biridir. Ona görə də qarşıda bizi ağır oyunlar gözləyir. Yaxşı hazırlaşmaq lazımdır. Çətin olacaq, amma ümidimiz də var. Yaxşı hazırlaşıb, mərhələni keçməyə çalışacağıq.

- Yəni deyirsən ki, bəxtiniz gətirmədi...

- Bəli. Çünki orada asan rəqiblər də var idi. Onlarla düşsəydik, daha yaxşı olardı. Həqiqətən bəxtimizə güclü rəqib düşdü. Yəqin, qismətimizdə onlar imiş.

- Əvvəlcədən sizə rəqib olmasını istədiyiniz hər hansı komanda var idi?

- Konkret olaraq, "filan rəqiblə oynayaq" deyə bir şey düşünmürdük. Ancaq yenə deyirəm, səbətdə zəif rəqiblər var idi. Onlarla düşsəydik, bir az rahat olardı.

- Rumıniya klubunun "Səbail"ə rəqib olduğunu biləndə ilk olaraq, nə düşündün?

- Ağlıma gələn ilk fikir o oldu ki, bəxtimiz gətirmədi. Çünki nisbətən zəif komanda ilə də düşə bilərdik.

- İlk oyun Bakıda olacaq. Səncə, bunu üstünlük saymaq olar?

- Mən elə düşünürəm ki, bu amil elə də rol oynamır. İlk matçın evdə və ya səfərdə olmasının fərqi yoxdur. Onsuz da həm orada, həm də burada oynamalıyıq. Amma ilk oyun evdə olduğu üçün yaxşı hazırlaşıb, sərfəli nəticə qazanmalıyıq.

- Necə düşünürsən, "Universitatya"nı keçmək üçün hazırkı heyətiniz kifayət edir, yoxsa komanda daha da güclənməlidir?

- Bizim yaxşı heyətimiz var. Yeni legionerlər də qoşulub. Yaxşı komanda yığılıb. Amma siz demişkən, bu heyət kifayət edəcək, ya yox, bunu zaman göstərəcək. Komandamıza güvənirəm.

- Ümumiyyətlə Avropa Liqasında əsas hədəfiniz nədir?

- Hər bir komandanın hədəfi var. Hamı mərhələ adlamağı, hətta qrupa düşməyi arzulayır. Əsas məqsədimiz bacardığımız qədər irəli getməkdir. Ən azı 2 mərhələ keçmək istəyirik. Qrupa düşsək, lap yaxşı olardı. Əlimizdən gələni edəcəyik.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi