- Avroliqa
- 01:59 28.11.2025
İtaliyanın "Roma" klubunun qapıçısı Rui Patrisiu UEFA Avropa Liqasının rekordçusu olub.
Corner.az xəbər verir ki, 35 yaşlı qolkiper Almaniya "Bayer"inə qarşı yarımfinalın ilk matçında iştirak etməklə turnirdə ən çox matça çıxan oyunçu adına sahib çıxıb.
Portuqaliyalı qapıçı Avropa Liqasında 67-ci qarşılaşmasını keçirib. Bu isə futbolçular arasında yeni turnir (2009/2010 mövsümündən bəri) rekorddur. Patrisiu Serbiyanın “Srvena Zvezda” komandasının müdafiəçisi Aleksandar Draqoviçi geridə qoyub.
Qeyd edək ki, görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu mayın 18-də Almaniyada baş tutacaq.