- Avroliqa
- 01:59 28.11.2025
Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Roma” ilk oyunda məğlub etdiyi “Bayer”in qonağı olub. Cavab qarşılaşmasınd qapılara qol vurulmadığından "canavarlar" finala adlayıb.
İtaliyanın digər təmsilçisi “Yuventus” isə ilk oyunda heç-heçə etdiyi İspaniya “Sevilya”sının qonağı olub. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qola sevinən Əndəlüs təmsilçisi ikinci finalçı olub.
Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may
Bayer (Almaniya) - Roma (İtaliya) 0:0
İlk oyun - 0:1
Sevilya (İspaniya) - Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
İlk oyun - 1:1