- Avroliqa
- 01:59 29.11.2024
Macarıstanın paytaxt Budapeştdə İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı arasında keçiriləcək UEFA Avropa Liqasının final oyunundan öncə insident baş verib.
Corner.az xarici mediaya istinadən xəbər verir ki, iki komandanın azarkeşləri arasında kütləvi dava düşüb. Hadisə nəticəsində iki fanat xəstəxanaya yerləşdirilib, bir neçə tərəfdar isə saxlanılıb.
İnsidentin təkrarlanmaması üçün hüquq-mühafizə orqanları şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Xatırladaq ki, bu gün "Puşkaş Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.