5 dekabr 2024. Cümə axşamı

“Sevilya” – Avroliqanın yeddiqat qalibi!


  • Avroliqa
  • 09:16 01.06.2023
  • Oxunma sayı: 121
“Sevilya” – Avroliqanın yeddiqat qalibi!

UEFA Avropa Liqasının qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “Roma” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə baş tutan görüşdə "canavarlar " 35-ci dəqiqədə Dibalanın qolu ilə hesabı açıb.

“Sevilya”nın fasilədən sonra rəqib üzərində yaratdığı təziq, italyanların müdafiəçisi Mançininin 55-ci dəqiqədə avtoqol vurmasına səbəb olub və ispanlar hesabı tarazlaşdırmağı bacarıb - 1:1.  

Matçın əsas və əlavə vaxtında hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasından sonra bəlli olub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Sevilya” Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, “Roma” tarixində ikinci dəfə Avroliqanın finalında oynayıb. Komanda 1991-ci ildə bu turnirin həlledici oyununda İtaliya “İnter”inə uduzmuşdu.

“Sevilya” isə indiyə qədər qatıldığı final görüşlərinin hamısında (2006, 2007, 2014, 2015, 2016, 2020) qalib gəlmişdi. 

Avropa Liqası
Final

31 may

"Sevilya" – "Roma" - 1:1 (penaltilərlə 4:1)
Mançini, 55 (avtoqol) - Dibala, 35
Budapeşt. “Puşkaş Arena”. Baş hakim: Entoni Teylor (İngiltərə)







Avroliqa