“Roma”nın forvardı Paulo Dibala Avropa Liqasının bu mövsümündə ən çox qol vuran dörd futbolçudan biridir. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu buna finalda “Sevilya” ilə görüşün 34-cü dəqiqəsində hesabı açaraq nail olub.
Romalıların ötən yay azad agent kimi heyətinə cəlb etdiyi argentinalı futbolçunun hesabında 5 qol var. Onu yalnız 6 qol vuran Markus Reşford (“Mançester Yunayted”) və Viktor Bonifase (“Union”) qabaqlayır.
“Feyenoord”un futbolçusu Santyaqo Ximenes də 5 qol vurub.