- Avroliqa
- 21:18 12.12.2025
Avropa Liqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir
ki, "Sevilya"nın kapitanı Xesus Navas bu ada layiq görülüb.
Qeyd edək ki, "Sevilya" finalda "Roma"ya
penaltilərlə qalib gələrək 7-ci dəfə Avropa Liqasının qalibi olmaqla möhtəşəm mövsümü
başa vurub. Komanda finala qədər "Yuventus" və "Mançester
Yunayted"i də məğlub edib. 37 yaşlı Navas Avropa Liqasında bu mövsüm 9
matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Navas "Sevilya" ilə karyerasında dördüncü dəfə
(2006, 2007, 2020, 2023) Avropa Liqasının qalibi olub.