22 oktyabr 2024. Çərşənbə axşamı

"Sperantsa"nın üstünlüyü ondan ibarətdi ki ... - sabiq Neftçi'li


  • Avroliqa
  • 12:39 28.06.2019
  • Oxunma sayı: 453
"Sperantsa"nın üstünlüyü ondan ibarətdi ki ... - sabiq Neftçi'li

Avrokuboklardakı təmsilçilərimizdən yalnız "Şerif"i cütün favoriti saymaq olar. Ümumiyyətlə, 4 komandamızın heç biri üçün asan olmayacaq".

Corner.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq moldovalı futbolçu Petru Raku deyib.

Mövsümün sonunda "ağ-qaralar"dan ayrılan futbolçu ölkəsinin mətbuatına açıqlamasında  "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubuna rəqib olmasına münasibət bildirib. "Neftçi"də oynamışam, bu komandanı çox yaxşı tanıyıram. "Sperantsa"nın üstünlüyü ondan ibarətdi ki, bizdə çempionat davam edir, komanda yaxşı vəziyyətdədir. Azərbaycan çempionatında isə son oyun mayın əvvəllərində keçirilib. Orada komandalar yalnız bu yaxınlarda istirahətdən qayıdıblar".

Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi