22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan və Kipr klublarının 8-ci dueli


  • Avroliqa
  • 21:06 22.06.2023
  • Oxunma sayı: 211
Azərbaycan və Kipr klublarının 8-ci dueli

Azərbaycan klubları avrokuboklarda 8-ci dəfə Kipr komandalarına rəqib olub. 90deqiqe.az xəbər verir ki, “Qəbələ” ilə “Omoniya” arasında baş tutacaq UEFA Konfrans Liqasının II təsnifat mərhələsi öncəsi bu ölkələrin nümayəndələri 7 dəfə növbəti mərhələ uğrunda mübarizədə üz-üzə gəliblər.

Bu matçlarda Azərbaycanı “Neftçi”, “Qəbələ” və “Qarabağ”, Kipri isə APOEL, “Apollon”, AEL və “Aris” komandaları təmsil ediblər. Bu duellərin 6-sı təsnifat mərhələlərinə təsadüf edib. Onun da 4-də Azərbaycan, 2-də Kipr təmsilçisi növbəti raunda yüksəlib. 2021/2022 mövsümündə isə “Qarabağ” və “Omoniya” klubları Konfrans Liqasının qrup mərhələsində qarşılaşıblar.

Baş tutan 14 görüşün 6-da qələbə qazanan Azərbaycan klubları 3 dəfə meydanı məğlub tərk ediblər. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Premyer Liqa təmsilçiləri üstündürlər – 19:15.

“Qəbələ” ikinci dəfə Kipr komandası ilə Avropa arenasında üz-üzə gələcək. “Qırmızı-qaralar” 2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”u mübarizədən kənarlaşdırmağı bacarıb.

Həmçinin, “Omoniya” üçün də Azərbaycan yad ölkə deyil. Adıçəkilən komanda 2021/2022 mövsümündə məhz Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşıb. Doğma meydanında 1:4 hesabı ilə uduzan kiprlilər Bakıda bərabərliyə (2:2) nail olmuşdular.

Azərbaycan və Kipr klublarının avrokuboklardakı oyunları:

1995/1996. Kuboklar Kubokunun ilkin mərhələsi
“Neftçi” – APOEL – 0:3, 0:0

2012/2013. Avropa Liqasının pley-off mərhələsi
“Neftçi” – APOEL – 3:1, 1:1

2015/2016. Avropa Liqasının III təsnifat mərhələsi
“Qəbələ” – “Apollon” – 1:1, 1:0

2019/2020. Çempionlar Liqasının III təsnifat mərhələsi
“Qarabağ” – APOEL – 2:1, 0:2

2021/2022. Konfrans Liqasının III təsnifat mərhələsi
“Qarabağ” – AEL – 1:1, 1:0

2021/2022. Konfrans Liqasının qrup mərhələsi
“Qarabağ” – “Omoniya” – 4:1, 2:2

2022/2023. Konfrans Liqasının II təsnifat mərhələsi
“Neftçi” – “Aris” – 0:2, 3:0

Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

Report.az







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi