22 oktyabr 2024. Çərşənbə axşamı

“Qarabağ”la oyunöncəsi TARİXİ REKORD

Avropa Liqasının qrup mərhələsində növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Bayer” Bakıya rekordçu kimi gələcək.


  • Avroliqa
  • 12:05 06.11.2023
  • Oxunma sayı: 193
“Qarabağ”la oyunöncəsi TARİXİ REKORD

Avropa Liqasının qrup mərhələsində növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Bayer” Bakıya rekordçu kimi gələcək. 90deqiqe.az xəbər verir ki, Almaniya klubu ardıcıl 10 görüşdə qələbə qazanmaqla tarixi rekorda imza atıb.

Xabi Alonsonun yetirmələri son olaraq Bundesliqanın X turunda “Hoffenhaym”ı səfərdə 3:2 hesabı ilə məğlub edib. Leverkuzenlilər Bundesliqa 6, Avropa Liqasında isə 3 ardıcıl qələbəyə nail olub. Digər qalibiyyət isə Almaniya Kubokuna təsadüf edib.

“Bayer” axırıncı dəfə ötən mövsümün son turunda “Bohum”a (0:3) uduzub. Bu, mayda baş verib. Komanda həmin vaxtdan bəri rəsmi qarşılaşmalarda yenilgi üzü görməyib.

Qeyd edək ki, “Bayer”lə “Qarabağ” arasında qrupun IV tur oyunu noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi