22 oktyabr 2024. Çərşənbə axşamı

“Qarabağ” – “Bayer” matçına ingiltərəli hakim


  • Avroliqa
  • 09:28 07.11.2023
  • Oxunma sayı: 83
“Qarabağ” – “Bayer” matçına ingiltərəli hakim

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Bayer”lə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. 90deqiqe.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmanı ingiltərəli referilərə həvalə edib.

Qarşılaşmanı Kreyq Pavson idarə edəcək. Ona Simon Bennett və Li Betts köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. Avstriyalı Jarred Gillett VAR, Mixael Salisberi isə AVAR kimi iş başında olacaq.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçı saat 21:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi