22 oktyabr 2024. Çərşənbə axşamı

“Bayer” “Qarabağ”la matça ehtiyat oyunçularla çıxacaq

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer” əsas heyətlə çıxmayacaq.


  • Avroliqa
  • 12:31 09.11.2023
  • Oxunma sayı: 81
“Bayer” “Qarabağ”la matça ehtiyat oyunçularla çıxacaq

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer” əsas heyətlə çıxmayacaq. 90deqiqe.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçi Xabi Alonso ehtiyat qüvvədən yararlanmağa çalışacaq.

İspaniyalı mütəxəssis şans verəcəyi oyunçuları da artıq müəyyənləşdirib. Belə ki, matçlarda az iştirak edən qapıçı Matey Kovarj, müdafiəçilər Yosip Stanisiç, Pyero İnkape, yarımmüdafiəçilər Robert Andrix, Natan Telya və Amine Adlinin bu gün start heyətində meydana çıxması gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi