- Avroliqa
- 15:29 20.07.2026
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. 90deqiqe.az xəbər verir ki, bu ada ənənəvi olaraq 4 namizəd var.
Həmin oyunçular Saşa Horvat (LASK, Avstriya), Pedro Qonçalves (“Sportinq”, Portuqaliya), Maksimilian Eggeştayn (“Frayburq”, Almaniya) və Kristian Eriksendir (“Molde”, Norveç).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.