- Avroliqa
- 01:59 29.11.2024
"Qarabağ"ın qitə kuboklarında doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb. 90deqiqe.az xəbər verir ki, Ağdam təmsilçisi 14 görüşdən sonra meydandan məğlub ayrılıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun Almaniyanın "Bayer" (Leverkuzen) klubuna 0:1 hesabı ilə uduzub.
"Köhlən atlar" sonuncu dəfə avrokuboklarda Bakıda "Marsel"ə 2022-ci il fevralın 24-də uduzub (0:3). Həmin görüş Avropa Konfrans Liqasının pley-off mərhələsində baş tutub.
"Qarabağ" 633 gündən sonra ev oyununda meydandan xalsız ayrılıb. Ağdam təmsilçisi arxada qalan müddətdə avrokuboklarda doğma meydanda keçirdiyi 14 matçın 8-də qələbə qazanıb, 6-da "sülh"ə razılaşıb.