21 mart 2026. Şənbə

Avropa Liqası matçının məkanı DƏYİŞDİ

UEFA Avropa Liqasının “Makkabi” (Hayfa) – “Renn” oyununun yerini dəyişib.


  • Avroliqa
  • 14:49 24.11.2023
  • Oxunma sayı: 221
Avropa Liqası matçının məkanı DƏYİŞDİ

UEFA Avropa Liqasının “Makkabi” (Hayfa) – “Renn” oyununun yerini dəyişib.

90deqiqe.az xəbər verir ki, məlum səbəblərdən “Makkabi” rəqibini İsraildə qəbul edə bilmir.

Bu üzdən görüş Belqraddakı “Rayko Mitiç” stadionuna salınmışdı. Lakin matçın bu arenada keçirilməsinin də mümkün olmadığı bildirilib. Bu səbəbdən qitə futbol qurumu oyunun Budapeştdəki “Puşkas Arena”da keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, qrup mərhələsinin V turu çərçivəsində təşkil olunacaq oyun noyabrın 30-da boş tribunalar önündə olacaq.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"