- Avroliqa
- 01:59 28.11.2025
“İnanıram ki, “Qarabağ” istədiyi nəticəni qazanacaq”
90deqiqe.az xəbər verir ki, “Qarabağ” klubunun sabiq forvardı Musa Qurbanlı eks komandasının UEFA Avropa Liqasında qarşıda olacaq 2 çətin matçı barəsində gözləntilərini bölüşüb.
“Qarabağ” qrup mərhələsinə çox yaxşı başladı. “Molde” və “Hekken” üzərində qələbələr qazanıldı. Daha sonra səfərdə “Bayer Leverkuzen”lə oyun yaxşı alınmadı. Onlar bu il Bundesliqada dominantlıq eləyirlər. Bu il uduzmayıblar. Qələbə və 1-2 heç-heçəsi olmalıdır. Möhtəşəm formadadılar. “Bayer”ə qarşı Bakıdakı ikinci oyun yaxşı alındı. Başa-baş mübarizə aparıb, müqavimət göstərə bildilər. Oyundan ən azı 1 xal qazana bilərdik, amma son dəqiqələrdə şanssız şəkildə penalti qolu buraxdıq. Mən yenə də düşünürəm ki, “Qarabağ”ın kifayət qədər şansı qalır. Ümid edirəm ki, Norveçdə “Molde”yə qalib gəlsək, son oyun öncəsi daha rahat olacağıq. Bundan sonra bizim evdə “Hekken”lə, “Molde”nin səfərdə “Bayer”lə oyunu var və bu səbəbə görə şansımızı yüksək qiymətləndirirəm. İnanıram ki, “Qarabağ” istədiyi nəticəni qazanacaq.
Qeyd edək ki, Musa Qurbanlı cari mövsümün əvvəlində məhz “Qarabağ”ı “Yurqorden”ə dəyişib.