- Avroliqa
- 01:59 28.11.2025
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Molde” ilə keçirəcəyi oyuna təyin olunan belçikalı Erik Lambrexts Azərbaycan komandalarına tanış simadı.
90deqiqe.az-ın məlumatına görə,o, 6-cı dəfə təmsilçimizin matçında fit çalacaq.
Lambrexts, 2018-ci ildə U-19 millimizin iki matçında iş başında olub. Komanda AVRO-2019-un seçmə mərhələsində Lixtenşteynə qalib gəlib (3:0), İsrailə isə uduzub (1:4).
Lambrexts 2021-ci ildə isə həm Azərbaycan millisinin, həm də "Qarabağ"ın bir oyununda ədaləti qoruyub. FIFA referisi DÇ-2022-nin seçmə mərhələsində yığmamızın səfərdə Serbiyaya məğlubiyyətinə (1:3), həmçinin Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda Bakıda "Bazel"lə qolsuz heç-heçəsinə şahidlik edib.
Bundan əlavə, o, 2022-23 mövsümündə bu dəfə Avropa Liqasının qrupunda “Qarabağ”ın Almaniya “Frayburq”u ilə qarşılaşmasında ədalət təmsilçisi olub. Frayburqdakı matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. H qrupunda “Qarabağ” ikinci, “Molde” isə üçüncü pillədə qərarlaşıb.