- Avroliqa
- 01:55 07.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.
90deqiqe.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasının qrup mərhələsində “Molde” ilə keçirəcəyi oyunöncəsi mətbuat konfransında deyib.
Monteneqrolu müdafiəçi səfərdən uğurlu nəticə ilə dönmək arzusunda olduqlarını bildirib: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq. Ancaq istədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib: “Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.
Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.