4 dekabr 2024. Çərşənbə

“Qarabağ”ı hələ təbrik etmirəm”

“Qarabağ” göstərdi ki, onu məğlub etmək çətindir.


  • Avroliqa
  • 09:37 01.12.2023
  • Oxunma sayı: 94
“Qarabağ”ı hələ təbrik etmirəm”

“Qarabağ” göstərdi ki, onu məğlub etmək çətindir."

90deqiqe.az xəbər verir ki, bu sözləri “Molde”nin baş məşqçisi Erlinq Moe UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən evdə “Qarabağ”la 2:2 heç-heçə etdikləri oyundan sonra deyib.

53 yaşlı mütəxəssis Ağdam təmsilçisinin güclü komanda olduğunu etiraf edib:

“Bakıdakı oyunda “Qarabağ” bizdən daha yaxşı performans göstərmişdi və qələbəyə layiq idi. Burada isə 90 dəqiqəni biz üstün keçirdik. Komandamla fəxr edirəm. Çünki güclü rəqibə qarşı bu cür oyun göstərdilər. “Qarabağ”, həqiqətən də, çox güclü komandadır. “Qarabağ” göstərdi ki, onu məğlub etmək çətindir. Ancaq biz bu performansımızı “Bayer”lə son görüşdə davam etdirmək istəyirik. “Qarabağ”ı hələ təbrik etmirəm. Çünki bizim hələ də Avropa Liqasının pley-offuna yüksəlmək şansımızın olduğunu düşünürəm. Növbəti mərhələdə rəqibin kimliyi və “Qarabağ”ın necə çıxış etməsindən asılı olacaq. Uzun illərdir Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisidir. Oyundan sonra onu təbrik etdim. Çünki avrokuboklarda rəqiblərinə çətinliklər yaradır”.







Avroliqa