- Avroliqa
- 01:55 07.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
UEFA reytinqində Azərbaycanın xal ehtiyatı artırıb.
90deqiqe.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heç-heçə (2:2) etməsi nəticəsində gerçəkləşib.
Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,500 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu sırada yer alır. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.
UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır.
Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə yer alıb.