22 oktyabr 2024. Çərşənbə axşamı

Erməni “Neftçi”nin Avroliqa matçına təyinat aldı


  • Avroliqa
  • 17:37 02.07.2019
  • Oxunma sayı: 521
Erməni “Neftçi”nin Avroliqa matçına təyinat aldı

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sperantsa" və "Neftçi" arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

Qol.az-ın Bakı klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.


UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və həmin oyun da Bakı vaxtı ilə 21:00-da start götürəcək. Bu cütün qalibi 2-ci raundda Rusiyanın "Arsenal" (Tula) klubu ilə üz-üzə gələcək







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi