- Avroliqa
- 01:55 07.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Qarabağ”ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.
90deqiqe.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 19 seyvlə yadda qalıb. Rusiyalı oyunçu bu göstəriciyə görə Moldovanın “Şerif” komandasında çıxış edən Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.
Polşanın “Rakuv” klubundan Vladan Kovaçeviç (25) liderdir. Kipr təmsilçisi “Aris”in braziliyalı qapıçısı Vana (24) ikinci, Avstriyanın “Ştrum” kollektivindən Kyell Sherpen (20) üçüncüdür.
Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heçə-heçə edib – 2:2.