- Avroliqa
- 01:59 29.11.2024
UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 5-ci turu çərçivəsində keçirilən “Molde” – “Qarabağ” matçından (2:2) yazıb.
90deqiqe.az xəbər verir ki, adıçəkilən qurum Azərbaycan çempionunun Norveçdəki bərabər edərək pley-offa yüksəlmət fürsətini əldən verdiyini bildirib:
“Qarabağ” erkən pley-offa yüksəlmək fürsətini əldən verdi. Bunun üçün “Molde”ni səfərdə məğlub etmək lazım idi. Möhtəşəm driblinqlə Juninyonun solo irəliləyiş etdiyi zaman erkən qol vuran Azərbaycan klubu 82-ci dəqiqəyə kimi bu hədəfə doğru uğurla irəlilədi. Lakin sonradan beş dəqiqə ərzində Kristian Eriksen iki qol vurmağı bacardı. Bununla belə, Qurban Qurbanovun komandası məğlubiyyətdən xilas olmaq üçün güc tapdı. Artırma dəqiqələrində Bəhlul Mustafazadə qeyri-ənənəvi standart vəziyyətdən fərqləndi. Beləliklə, xalları bərabər olan “Qarabağ” şəxsi görüşlərdə “Molde” üzərində üstünlüyü təmin etdi. “Hekken”lə son turda evdəki matçda qalib gəlsə, mütləq pley-offa yüksələcək”.