4 dekabr 2024. Çərşənbə

Bu dəfə Qvardiolaya “ilişdi”

“Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsində "Servette" ilə oyunda (1:1) futbolçularından narazı qalıb.


  • Avroliqa
  • 13:35 02.12.2023
  • Oxunma sayı: 129
Bu dəfə Qvardiolaya “ilişdi”

“Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsində "Servette" ilə oyunda (1:1) futbolçularından narazı qalıb.

90deqiqe.az xəbər verir ki, son oyundakı uğursuz nəticədən sonra oyunçularını cəzalandırıb-cəzalandırrmayacağı barədə sualı belə izah edib:

“Heç kim cəzalandırılmayacaq.Qarşıda növbəti pley-off matçlarımız var. Çempionlar Liqasından kənarlaşdırılacaq komandaya qarşı çətin olacaq. Bunlar daha iki avrokubok matçıdır. Pley-offa çıxmaqla bağlı dram yaratmaq istəmirəm. Hər hansı bir yerdə dram varsa, bu, oyunçuların və ikinci hissədə əvəzedici kimi meydana çıxanlara qarşı çox yanlış münasibədir. Düzünü desəm, mən bunu başa düşmürəm. Mən Çempionlar Liqasında məşqçi kimi 150 oyun keçirmişəm. Burada daha çətin olur. Amma belə görünür ki, avrokuboklarda yaxşı tarixə malik olmayan, bu oyunlarda minimal səylə oynayan insanlar var. 90 dəqiqə ərzində hər şeyi verənlər də var, yarışda sanki burnunu dirəyənlər də. Qvardiola bu halda belə edərdi: kimdənsə razı deyilsə, o zaman onunla vidalaşır, onu çölə atıb başqasını seçir. Mən burada bunu edə bilmərəm.Bəzi futbolçularımız var ki, onların məsuliyyəti yoxdur. Onlar özlərini mənə sübut etmək istəmirlər ki, hazırdırlar və daha çox oynamalıdırlar.Yanıma gəlib daha çox oynamaq istədiklərini desələr, cavab verəcəyəm ki, yalnız digər oyunçular öləndə oynayacaqsınız”.







Avroliqa