- Avroliqa
- 01:59 29.11.2024
"Avropa Liqasında xalsız qalmaq istəmirik".
90deqiqe.az xəbər verir ki, bunu İsveçin "Hakken" komandasının futbolçusu Kadir Hodziç Finlandiya təmsilçisi HİK-ə 3:4 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.
29 yaşlı müdafiəçi avrokubokda qrup mərhələsinin sonuncu görüşündən əvvəl belə qarşılaşmanın onlar üçün vacib olduğunu deyib.
"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda reallaşacaq görüş saat 21:45-də start götürəcək.
Qeyd edək ki, Almaniyanın "Bayer 04" klubu 15 xalla liderdir. "Köhlən atlar" 7 xalla ikinci, eyni xala malik Norveçin "Molde" kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan "Hakken" isə sonuncu yerdədir.