5 dekabr 2025. Cümə

UEFA-dan Səbail'in oyununa təyinat


  • Avroliqa
  • 11:25 04.07.2019
  • Oxunma sayı: 569
UEFA-dan Səbail'in oyununa təyinat

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Səbail” – “Universitatea Krayova” (Rumıniya)  oyununa hakim təyinatları açıqlanıb.

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Finlandiya Futbol Federasiyasından hakimlər idarə edəcək. Görüşün baş hakimi Ville Nevalaynen
olacaq. Ona Mikko Alakare və  Mika Lamppu köməklik edəcək. Dördüncü hakim funksiyasını Atte Jussila yerinə yetirəcək.

Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək görüş iyunun 11-i yerli vaxtla saat 20:00-da başlayacaq.







Avroliqa